
Radio
FM radiosu simsiz cihazın antenasından fərqli olan antenadan asılıdır. FM radionun
düzgün işləməsi üçün cihaza uyğun qulaqlıq və ya aksessuar qoşulmalıdır.
Radio açmaq üçün
Menyu
>
Radio
seçin yaxud * basıb saxlayın.
Aşağıdakılardan seçin:
Söndür — Radionu bağlamaq.
Kanalı yad. yaz — Aktiv kanalı saxlamaq.
Avto nizam. — Radiokanalları avtomatik olaraq qurmaq. Avtomatik qurmaya başlamaq
üçün yuxarı yaxud aşağı diyirləyin.
Əllə nizamlama — Radiokanalları əl ilə qurmaq. Tezliyi dəyişmək üçün yuxarı və ya
aşağı diyirləyin.
Tezliyi təyin et — İstədiyiniz tezliyi daxil etmək.
Kanalı ləğv et — Saxlanılmış kanalı silmək.
Adını dəyişdir — Saxlanılmış kanalın adını dəyişmək.
Saat radiosu — Saat radionun xüsusiyyətlərini idarə etmək.
Səsucaldan yaxud Qulaqlıq — Radioya dinamik ya qulaqlıqdan istifadə edərək qulaq
asmaq.
Radionun səsini tənzimləmək üçün sola yaxud sağa diyirləyin.
Xəbərdarlıq:
Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir
edə bilər. Orta səs dərəcəsində olan müsiqiyə qulaq asın və dinamikdən istifadə
olunarkən cihazı qulağınıza yaxın tutmayın.