Nokia 1662 - İş mühiti

background image

İş mühiti
Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda

normal istifadə vəziyyəti zamanı və ya ən azı 2,2 santimetr

(7/8 düym) bədəndən uzaq olduqda cavab verir. Üstünüzdə

gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacda

metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən

məsafədə uzaq olmalıdır.

Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli

şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları

belə bağlantı yaranana qədər ləngiyə bilər. Ötürülmə

tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara

riayət edin.

Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə

bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri

cihazın yanında qoymayın, çünki onlarda olan məlumat

silinə bilər.